XƏBƏRLƏR
MƏLUMAT
Xocalı soyqırımına həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 14:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi və 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qeyd olunub ki, Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən otuz üç il ötür. Erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa, dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətdir.

Tədbirdə mədəniyyət evinin bədii-qiraət dərnəyinin şagirdləri çıxış ediblər, həmçinin 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi “Müdhiş gecədən-Nurlu sabaha” adlı tamaşa təqdim edib.

Baxış sayı: 78