XƏBƏRLƏR
MƏLUMAT
Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 09:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi və Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin və faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ermənilərin xalqımıza qarşı yürütdüyü etnik təmizləmə siyasəti, hadisələrin xronologiyası və ağır nəticələri barədə danışılıb, faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlər barədə məlumat verilib. Çıxışlarda qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tərəfindən Xocalının işğaldan azad olunması nəticəsində tarixi ədalət bərpa olunub.

Sonda Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

 

Baxış sayı: 157