XƏBƏRLƏR
MƏLUMAT
Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara göndərilməsi aksiyası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 10:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində Qaradağ rayonunun gəncləri tərəfindən Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə göndərilməsi aksiyası keçirilib.

Gənclər tərəfindən 500-dən çox e-mail ünvanlara ingilis və rus dillərində məlumatlar göndərilib.

Aksiya çərçivəsində Xocalı soyqırımı ilə bağlı həqiqətlər, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətlər barədə ətraflı informasiyalar yayılıb.

Baxış sayı: 67