XƏBƏRLƏR
MƏLUMAT
Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/02/2025 16:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayının, Xəzər  Rayon Gənclər və İdman İdarəsininin və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan tədbir keçirilib.

İlk olaraq 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Mədəniyyət Sarayının gənc rəssamlarının Xocalı faciəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə  Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımında, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi hələdə məlum deyil.

Daha sonra II Qarabağ müharibəsinin şəhidi olan Tural Abdullayevin atası, əslən Xocalı faciəsinin canlı şahidi olan Şakir Abdullayevin müsahibəsi tədbir iştirakçılarına nümayiş olunub.

Sonda Xocalı faciəsinə həsr olunan “Ümid işığı” bədii filmi nümayiş olunub və Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənc rəssamlara hədiyyələr təqdim edilib.

Baxış sayı: 88