XƏBƏRLƏR
MƏLUMAT
“Xocalı faciəsi - tarixin qan yaddaşı” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 14:51

Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “Xocalı faciəsi - tarixin qan yaddaşı” mövzusunda dəyirmi masa keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Xocalı soyqırımının bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdən olduğunu, Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğının xalqımızın mübarizə əzmini qıra bilmədiyini vurğulayıblar.

Baxış sayı: 87