XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 2 nömrəli filialında şəhid ailələri ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2024 15:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı və şairə Esmira Günəşin təşkilatçılığı ilə Sumqayıt və Pirallahı şəhid ailələri ilə görüş keçirilib.

Görüşdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edənlər şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıblar.

Şəhid ailələri çıxışlarında övladlarının keçdikləri döyüş yolundan söz açıb, onlarla bağlı xatirələrini bölüşüblər.

Tədbir çərçivəsində şairə Esmira Günəş şəhidlərə həsr etdiyi yeni kitablarını kitabxanaya təqdim edib.

 

Baxış sayı: 148