XƏBƏRLƏR
MƏLUMAT
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr olunub
ÜMÜMİ XƏBƏRLƏR
20/02/2024 12:35

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr edilib.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində maraqlı mövzular əksini tapıb. Belə ki, jurnalın rubrikalarında Cəlil Məmmədquluzadənin felyetonları, Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi, Fyodor Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi, Fransisko de Kevedonun seçmə şeirləri, Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” povesti yer alıb.

Bundan başqa, oxucular “Ceyms Coysun ən qəddar əsəri: “Uliss” yazısı, Tove Alsterdalın “Görüş” hekayəsi, Kamilo Xose Selanın miniatürləri, Mixail Bulqakovun “Zoykanın mənzili” pyesi, Andrey Platonovun “Çevenqur” romanının davamı və digər əsərlər ilə də tanış ola biləcəklər.

Baxış sayı: 260