XƏBƏRLƏR
MƏLUMAT
“Xatirən yaşayar daim, Şəhidim” adlı söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/12/2024 16:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı 109 nömrəli tam orta məktəbdə “Xatirən yaşayar daim, Şəhidim” adlı söhbət keçirib.

Tədbir şəhid Babayev Orxan Sədail oğlunun аnаdаn оlmаsının 30 illiyi ilə əlaqədar təşkil edilib. Çıxışçılar şəhid qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan danışaraq, onun vətəninə, dövlətinə sədaqətli olduğunu qeyd ediblər. Vurğulanıb ki, Orxan Sədail oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub, onun mübariz döyüşçü kimi qəhrəmanlığı gənc nəsil üçün örnək olmalıdır.

Baxış sayı: 550