XƏBƏRLƏR
MƏLUMAT
“Xatirələrdə yaşayan Üzeyir” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2024 10:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Əzim Əzimzadənin mənzil muzeyində M.S.Ordubadinin xatirə muzeyi və C. Cabbarlının ev muzeyinin təşkilatçılığı ilə birgə Milli Musiqi Gününə həsr olunmuş “Xatirələrdə yaşayan Üzeyir” adlı tədbir keçirilib. 

Tədbirdə Milli Musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan danışılıb. 

Daha sonra  “Günay” uşaq teatrının üzvlərinin ifalarında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası və rəqs nömrələri təqdim edilib.

Sonda Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin müəllim heyyəti və tələbələrinin əl işləri nümayiş olunub.

 

Baxış sayı: 60