XƏBƏRLƏR
MƏLUMAT
“Xatirələrdə yaşayan işıq” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2025 10:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evi Akademik Zərifə Əliyevanın 102 illiyinə həsr olunan “Xatirələrdə yaşayan işıq” adlı tədbir keçirib.

İlk öncə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra oftalmoloq-alim Zərifə Əziz qızı Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə görkəmli alimin həyat və fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, tibb elmləri doktoru, professor və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi elm tariximizdə silinməz izlər buraxıb.

Zərifə xanımın elmi fəaliyyəti 150-dən çox elmi iş və 12 monoqrafiya ilə zəngindir. O, yalnız bir alim və həkim kimi deyil, həm də ləyaqətli ziyalı, vəfalı ömür-gün yoldaşı və qayğıkeş ana kimi nümunəvi olub.

Sonra tədbir bədii hissə ilə davam edib. “Səma” rəqs ansamblının “Məşəl” rəqs qrupu, Mədəniyyət evinin solistləri, “Günəş” poeziya dərnəyinin üzvləri çıxış ediblər.

Sonda rəsm sərgisinə baxış keçirilib.

Baxış sayı: 134