XƏBƏRLƏR
MƏLUMAT
“Xalqımızın zəfər tarixi” adlı konsert proqramı təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2025 09:40

İyunun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi Mərkəzi Mədəniyyət evində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqımızın zəfər tarixi” adlı konsert proqramı təşkil olunub. 

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bu günün tarixi əhəmiyyəti barədə danışıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli qurtuluşuna, inkişafına verdiyi töhfələrdən söhbət açıblar.

Daha sonra Mədəniyyət evinin rəsm kursunun, “Əl işləri” və “Vitraj” dərnəklərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.

Konsert zamanı Mədəniyyət evində fəaliyyət göstərən dərnək iştirakçılarının təqdim etdiyi rəqslər və musiqi alətlərində ifaları maraqla qarşılanıb.

Baxış sayı: 43