XƏBƏRLƏR
MƏLUMAT
“Xalqımızın taleyini dəyişən tarixi gün” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/06/2024 12:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İ. Əbilov adına Mədəniyyət Mərkəzi və Azərbaycan Hərb Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunan “Xalqımızın taleyini dəyişən tarixi gün” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmilər, muzeyin əməkdaşları, hərbi məktəblərin müəllim və kursantları, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir zamanı  mövzu ilə əlaqədar məruzə dinlənilib,  Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Bədii hissədə  Mədəniyyət Mərkəzinin xalq kollektivlərinin üzv və solistləri vətənpərvərlik mövzusunda konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 172