XƏBƏRLƏR
MƏLUMAT
"Xalqa həsr olunmuş ömür" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2023 07:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialının birgə təşkilatçılığı, Suraxanı rayon İcra Hakimiyyətinin Zığ qəsəbə ərazi üzrə nümayəndəliyinin dəstəyi ilə "Heydər Əliyev ili" çərçivəsində "Xalqa həsr olunmuş ömür" adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən qonaqlar müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan, eləcə də  mədəniyyət və incəsənət xadimləri ilə keçirdiyi görüşlərdən danışıblar.

Sonra Mədəniyyət evinin dəvəti ilə tədbirdə iştirak edən Bakı Mühəndislik Universitetinin Bədii Yaradıcılıq kollektivi musiqi nömrələri, səhnəciklər, rəqslərlə çıxış ediblər.

Sonda Suraxanı rayon MKS-nin 3 nömrəli filialının hazırladığı Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən kitab sərgisi nümayiş olunub.

Baxış sayı: 313