XƏBƏRLƏR
MƏLUMAT
Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2024 16:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası görkəmli yazıçı, pedaqoq, dramaturq, ictimai-siyasi xadim İsmayıl Şıxlının 105 illik yubileyi ilə əlaqədar tədbir keçirib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar ədibin zəngin yaradıcılığından söhbət açaraq, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar. Bildirilib ki, ədibin ömrü, yaradıcılığı, insani keyfiyyətləri hər bir Azərbaycan vətəndaşı üçün örnək ola bilər. Yazıçının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazılmış, roman janrının ən uğurlu nümunəsidir .

Sonra İsmayıl Şıxlının 105 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda çıxış edən ədibin oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı atasının ömür yolundan bəhs edib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Aşağıdakı keçidlərə daxil olaraq daha ətraflı məlumat əldə edə bilərsiniz:

https://www.youtube.com/watch?v=6RvlkVZ7T3s&t=25s

https://www.youtube.com/watch?v=MXJXATmFy1Y&t=44s

Baxış sayı: 221