XƏBƏRLƏR
MƏLUMAT
Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2023 05:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı İsa Muğannanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı olan İsa Muğannanın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, bildirilib ki, mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucusunu heyrətləndirməyi bacarıb.

Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğanna haqqında dəyərli fikirlər səslənib, əsərləri təhlil olunub, ssenari müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş edilib.

Yazıçının ailə üzvləri xoş xatirələrini bölüşüblər, nəvəsi gənc yazıçı Səma Muğanna yazıçının "Arx" hekayəsini təqdim edib.

Baxış sayı: 165