XƏBƏRLƏR
MƏLUMAT
Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/10/2025 12:47

Oktyabrın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, ədəbiyyatsevərlər  və oxucular iştirak  ediblər. 

Görüşdə tanınmış yazıçının dünya və Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, zəngin və məhsuldar yaradıcılığından geniş bəhs edilib, Azərbaycan Yazıçılar Birliyindəki fəaliyyəti də diqqətə çatdırılıb.

Çingiz  Abdullayev çıxışında həyatından, ədəbiyyata  gəlişindən, ona məşhurluq  qazandıran əsərlərinin yaranma tarixçəsindən danışıb, qonaqları maraqlandıran sualları cavablandırıb.

Tədbirdə həmçinin  yazıçının  həyatı  və ədəbi  fəaliyyətini  əks  etdirən  videoçarx, əsərlərinə çəkilmiş filmlərdən fraqmentlər  nümayiş  olunub.

Sonda yazıçı oxucular üçün kitablarını imzalayıb.

Baxış sayı: 41