XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Vahid Əzizlə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2025 17:02

Aprelin 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi  Kitabxanasında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.    

Görüşdə mədəniyyət işçiləri, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagird heyəti, fəal oxucular iştirak ediblər.

Əvvəlcə Vahid Əzizin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim olunub.

Xalq şairi çıxışında yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib, öz şeirlərini oxuyub.

Görüşdə şairin poeziyasından nümunələr səsləndirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Baxış sayı: 73