XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
09/10/2024 16:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı Xalq şairi, ictimai xadim Nəbi Xəzrinin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil edib.

Sərgi zamanı Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırıb. Həmçinin sərgidə Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncam imzaladığı vuğulanıb.

Sonda şairin kitabları, onun haqqında yazılmış elmi-publisistik materiallar nümayiş etdirilib.

Baxış sayı: 276