XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin təltifolunma mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/11/2023 16:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kİtabxanasında Xalq şairi Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin qalib və iştirakçılarının təltif olunma mərasimi keçirilib.

İlk olaraq Cabir Novruzun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Təltifolunma mərasimində münsiflər heyətinin ümumi qərarına əsasən Səbail rayon MKS-nin oxucusu F.Quliyeva, Suraxanı rayon MKS-nin oxucusu S.Nəbili, Sabunçu rayon MKS-nin oxucusu Y.Abdullazdə Baş İdarənin Diplomu, digər müsabiqə iştirakçıları isə Fəxri Fərmanı ilə təltif olunublar.

Baxış sayı: 410