XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/09/2025 16:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zirə qəsəbə Mədəniyyət Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Ana dili” qiraət müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaqları Bəxtiyar Vahabzadə yaradıcılığı ilə daha yaxından tanış etmək və ana dilimizin zənginliyini gənc nəslə sevdirməkdir.

Müsabiqədə Zirə qəsəbə Mədəniyyət Mərkəzi, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzi və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının fəal üzvləri iştirak edərək, şairin seçilmiş şeirlərini məharətlə səsləndiriblər.

Yarışda 7–14 yaş arası uşaqlar səslənmə səlisliyi, tonlama və şeir təqdimatı üzrə qiymətləndirilib.

Münsiflər heyətinin qərarına əsasən I yer – Turan Məmmədov (Zirə qəsəbə Mədəniyyət Mərkəzi), II yer – Zəhra Kazımzadə (Xəzər rayon MKS), III yer – Mehri Əmirova (Zirə qəsəbə Mədəniyyət Mərkəzi) layiq görülüblər.

Qaliblər medallarla təltif edilib, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

Baxış sayı: 389