XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsinin seçim mərhələsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/10/2025 14:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş  bədii qiraət müsabiqəsinin seçim mərhələsi keçirilib.

Səbail rayon MKS-nin oxucuları arasında keçirilən müsabiqədə istedadlı qiraətçilər ədibin şeirlərini səsləndiriblər.

Münsiflər heyəti tərəfindən qiraətçilər səslənmə səlisliyi, tonlama və şeir təqdimatı üzrə qiymətləndirilib. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 8c sinif şagirdi Səlma Cəfərova Baş İdarənin tabeliyində olan kitabxanalararası şəhər turuna vəsiqə qazanıb.

Baxış sayı: 56