XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı Kazım Kazımzadənin 110 illik yubileyinə həsr edilmiş sərgi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
11/12/2023 11:50

Dekabrın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 4 nömrəli Uşaq İncəsənət Məktəbində Xalq rəssamı Kazım Kazımzadənin 110 illik yubileyinə həsr edilmiş sərgi nümayiş olunub.

İlk olaraq Xalq rəssamının həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Kazım Kazımzadə böyük yaradıcılıq istedadına malik olmaqla yanaşı, uzun illər İncəsənət Muzeyinə rəhbərlik edib. Müxtəlif janr və üslublarda işləyən sənətkarın əsərləri XX əsr milli mədəni irsimizin qiymətli nümunələridir. O, ənənəvi yaradıcılıq məktəbi ilə çağdaş mədəni tələblərin vəhdətindən yaranan nadir rəssamlıq bacarığından əsərlərində məharətlə istifadə edib.

Sonra məktəbin  kiçik rəssamları Kazım Kazımzadənin yaradıcılığına müraciət edərək bir sıra şəkillər nümayiş etdiriblər.Sərgidə həmçinin, Azərbaycan rəssamlıq məktəbinin digər nümayəndələrinin də yaradıcılığını əks etdirən rəsmlər nümayiş olunub.

Baxış sayı: 261