XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2025 10:42

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 ili tamam olur.

Əzim Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda çalışıb. Rəssamlığa “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti” və s. jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının, Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla isə kitab qrafikası sənətinin əsasını qoyub. O, teatrlara geyim eskizləri və dekorasiyalar çəkib, Azərbaycanın ilk Xalq rəssamı olub. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilib.Əzim Əzimzadə 1943-cü ildə vəfat edib.İncəsənət Kolleci və Bakı küçələrindən birinə onun adı verilib. Yaşadığı evdə rəssamın Ev-Muzeyi açılıb, evin yaxınlılığındakı bağda büstü qoyulub.

Baxış sayı: 49