XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı Əzim Əzimzadənin 145 illik yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2025 12:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Əzim Əzimzadənin Mənzil Muzeyində Azərbaycanın Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 illiyi və muzeyin yaranmasının 60-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Xalq rəssamları, Şuşa Humanitar Musiqi kollecinin tələbələri və kollektivi, Sosial maarifləndirmə ictimai birliyinin mədəniyyət klubunun üzvləri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər Xalq rəssamı Əzim Əzimzadənin Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açdığını bildiriblər. Əzim Əzimzadənin Azərbaycan təsviri sənət tarixində xüsusi yeri olduğunu, rəssamın həyat və yaradıcılığından məqamları, əsərləri, öz dəsti -xətti haqqında danışıblar.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Sonda Baş İdarə tərəfindən muzeyin yaranmasının 60-illik yubileyi münasibətilə Əzim Əzimzadənin Mənzil Muzeyi fəxri fərmanla təltif olunub.

Baxış sayı: 43