XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/02/2024 14:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində təşkil edilmiş tədbirdə sənətkarın ömür yolu və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan musiqi tarixində və inkişafında bəstəkarın özünəməxsus yeri var. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq səhifəsidir.

Sonra məktəbin şagirdləri musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 332