XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 128 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2025 16:56

Bu gün Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 128 ili tamam olur.

Şövkət Məmmədova Milanda musiqi məktəbində məşhur müğənni D.Ambroziodan dərs alıb. O, Kiyev Konservatoriyasında təhsil alarkən R.Qlierlə birgə konsertlər verib. Müğənni operasevərlərin yaddaşında Rozina (“Sevilya bərbəri”), Cilda (“Riqoletto”), Şahsənəm (“Şahsənəm”), Nərgiz (“Nərgiz”), Gülzar (“Şah Ismayıl”), Gülçöhrə (“Arşın mal alan”) və digər partiyaları ilə iz buraxıb. Azərbaycanda ilk not nəşriyyatı, həmçinin Bakıda Teatr Texnikumu onun təşəbbüsü ilə yaradılıb. Bu, həm də Yaxın Şərqdə ilk teatr təhsil ocağı idi.

Şövkət Məmmədova Azərbaycanın ilk qadın opera müğənnisi olub.

Xalq artisti 1981-ci ildə vəfat edib.

Baxış sayı: 47