XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/12/2025 09:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında dünyaşöhrətli sənətkar, Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Aparıcı gecəni açıq elan edərək bildirib ki, Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. Özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirmişdir. Daha sonra Rəşid Behbudovun  həyat və yaradıcılığından  bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edənlər Rəşid Behbudovun milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətlərindən, ictimai-siyasi xadim kimi fəaliyyətindən bəhs ediblər.

Bədii hissədə tanınmış incəsənət xadimləri çıxış ediblər.

 

 

Baxış sayı: 124