XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Ramiz Mirişlinin anadan olmasının 91 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2025 15:55

Bu gün Xalq artisti, “Şərəf” ordenli Ramiz Mirişlinin anadan olmasının 91 ili tamam olur.

Ramiz Mirişli Asəf Zeynallı adına musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsili alıb. Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatında, Dövlət Televiziya şirkətində, Azərbaycan Dövlət Koservatoriyasında çalışıb. Bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

Tanınmış bəstəkar 2015-ci ildə vəfat edib.

Baxış sayı: 71