XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/05/2024 09:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Nardaran qəsəbə Mədəniyyət Mərkəzində Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə görüş keçirilib.

Görüşdə Nurəddin Mehdixanlının həyat və yaradıcılığı barədə məlumat verilib,  səhnə fəaliyyətindən, yaratdığı obrazlardan, rol aldığı filmlərdən söhbət açılıb.

Nurəddin Mehdixanlı çıxışında teatr sənətinin yaranmasından, bu sənətin inkişaf pillələrindən, Azərbaycan mədəniyyətinə, incəsənətinə, teatr sənətinə verilən yüksək dəyərlərdən söhbət açıb. Xalq artisti, həmçinin, maraqlı mövzularda danışaraq, sənət və teatr haqqında düşüncələrini, səhnə təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.Tədbirin davamında Nurəddin Mehdixanlı iştirakçıları maraqlandıran sualları cavablandırıb, müəllifi olduğu şeirlərindən bir neçəsini səsləndirib.

Baxış sayı: 190