XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Nisə Qasımova ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/02/2024 17:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti Nisə Qasımova ilə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aparıcı sevilən sənətkarı təqdim etdikdən sonra, həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən, uğurlarından bəhs edib.

Görüş zamanı Nisə Qasımova  repertuarında yer alan və sevilən “Dünya Gözəllərim”, “Sənin eşqin”, “Səni görüm gərək”, “Yada düşəndə”, “Gözlərinə göz dəyər”, “Sənsən həyatım” mahnılarını ifa edib.

Baxış sayı: 247