XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Mirzə Babayevin 110 illiyinə həsr edilmiş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2023 14:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində Xalq artisti Mirzə Babayevin 110 illiyinə həsr edilmiş konsert keçirilib.

Çıxışçılar bildiriblər ki, Mirzə Babayev Azərbaycan estrada musiqisinin inkişafına mühüm töhfələr verib, səsi və ifaçılıq məharəti ilə özünəməxsus üslubunu yaradıb.

Həmçinin, konsertdə Mirzə Babayevin repertuarından musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında mahnılar səsləndirilib, sənətkarın Azərbaycan estradasına və kino musiqisinə göstərdiyi xidmətləri əks etdirən videoçarxlar nümayiş olunub.

Baxış sayı: 215