XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/12/2025 15:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Milli Konservatoriyasının (AMK) Muğam kafedrasının müdiri və professoru, “Şərəf” və “Şöhrət” ordenli, Xalq artisti Mənsum İbrahimovla görüş keçirilib.

Görüşdə şəhid ailələri, ziyalılar və digər qonaqlar iştirak ediblər. 

Tədbirdə tanınmış xanəndənin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, ifa etdiyi muğamlar dinlənilib, Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən söz açılıb.

Mənsum İbrahimov çıxışında səhnədə yaratdığı obrazlardan, Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib və ona ünvanlanan sualları cavablandırıb.

Görüş zamanı “Qarabağ” muğam ansamblının,tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə Mənsum İbrahimovun yetirmələri Günay İmamverdiyeva, Ceyhun Qəmbərov, Elgiz Əliyevin çıxışları dinlənilib. Tədbirdə həmçinin Ceyhun Qəmbərovun tələbələri Əziz və Nigar Heydərlilər “Leyli və Məcnun” operasından “Görüş” səhnəsini canlandırıblar.

Baxış sayı: 74