Vasif Hacıağa oğlu Babayev 1940-cı il sentyabr ayının 16-da Bakı şəhərində anadan olub. 1965- ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əvvəlcə rejissor köməkçisi, assistent, rejissor olub, 1966-cı ildə Leninqrad Televiziyası nəzdində Ali Televiziya rejissoru kurslarını bitirib. 1969-cu ildən televiziyanın baş rejissoru, 1969-1987- ci illərdə onlarla genişformatlı “Yeni il mavi işıq” televiziya proqramları və bayram verilişlərinin quruluşçu rejissoru olub. 1967-1986-cı illərdə Bolqarıstan, Yuqoslaviya, Avstriya, Macarıstan, Yunanıstan, İran, Türkiyə, Malta, İspaniya Fransa, İtaliya kimi xarici ölkələrdə çəkilişlər apararaq verilişlər və kinofilmlər yaradıb. O, jurnalist Nadejda İsmayılova ilə birlikdə 1988-ci ilin əvvəllərində kinoteleviziya tarixində ilk dəfə olaraq araşdırmalar apararaq “Mikayıl Müşfiq”, “Abbas Mirzə Şərifzadə”, “Ülvi Rəcəb”, “Ruhulla Axundov”, “Hüseyn Rəhmanov”, “Salman Mümtaz” kimi “siyasi məhbuslar”ın şəxsi işləri əsasında bir sıra silsilə verilişlər hazırlayıb. 1991-ci ildə Azərbaycan Dövlət Tele-radio Verilişləri Komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilib.
1994-1996-cı illərdə “MİR” dövlətlərarası Teleradio şirkətinin direktoru, 1996-1999-cu illərdə “Sara” müstəqil Teleradio şirkətinin icraçı direktoru, 2001-2006-cı illərdə Moskvada Rusiyanın “İnter-Az” müstəqil Teleradio şirkətinin vitse-prezidenti olub. 40-a yaxın sənədli filmin müəllifi və rejissorudur. Bu filmlərin bəziləri müxtəlif kinoforumlarda mükafatlara layiq görülüb. 1970-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə keçirilən dövlət və hökumət tədbirlərinin, televiziya verilişlərinin və canlı yayımlanan proqramların aparıcı rejissoru olub. 1973-cü ildən Kinematoqrafçılar İttifaqları Konfederasiyasının üzvüdür. O, 1972-1987- ci illərdə R.Həsənoğlu ilə birlikdə iki ildən bir SSRİ Mərkəzi televiziyasından İntervideniye sistemi ilə Avropaya yayımlanan iki saatlıq Azərbaycan haqqında proqramların müəllifi və rejissoru olub. V. Babayev ümummilli lider Heydər Əliyevin televiziya və kino salnaməsinin yaradıcılarından biridir. 2000-ci ildən Peşəkar Azərbaycan kinorejissorları gildiyasının üzvüdür.
Görkəmli televiziya və kino rejissoru Vasif Babayev 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilib, 1977-ci ildə Azərbaycanın “Əməkdar artist”, 1989- cu ildə “Xalq artisti” fəxri adlarına, 1981-ci ildə “SSRİ Televiziya və radio əlaçısı” adına layiq görülüb. 1995-ci ildə “MİR” Dövlətlərarası teleradio şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru işləyərkən beynəlxalq “Humay” mükafatı alıb, 1999-cu ildə “Akademik Yusif Məmmədəliyev” medalı ilə təltif edilib. 2004-cü ildə Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki olub, 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Tanınmış kinorejissor Arif Babayevin kiçik qardaşlarından biridir.
Xalq artisti Vasif Babayev Azərbaycanda televiziya rejissorluğu məktəbinin qurucularından biri, mübariz, təvazökar və təəssübkeş insandır. O, öz işinin fədaisidir və neçə-neçə nəsil televiziya işçilərinin yetişməsində bilavasitə əməyi olub. Vasif müəllim tək rejissor deyil, həm də reportyor kimi hər zaman irəlidə olub. Onun 20 Yanvar hadisələri zamanı Dövlət Televiziyasında göstərdiyi fədakarlıqlar, hadisələrin qaynar nöqtələrindən apardıqları çəkilişlər, çıxışları, ümumiyyətlə yaratdığı ekran və efir əsərlərinin ana xəttini də məhz Vasif Babayev səmimiyyəti ilə yoğrulmuş və tamaşaçının qəlbinə sirayət edən vətənpərvərlik ruhu təşkil edir. Azərbaycan, ziyalılarımız, istedadlarımız, sənətkarlarımız, qəhrəmanlarımız, onların nəsillərə yadigar olan irsinin, rəşadətinin təbliği və milli keyfiyyətlərimizin ən gözəl rakurslardan təqdimatı Vasif Babayev yaradıcılığının vizit kartıdır.
- 16:22 Məktəblərarası KVN üzrə “Yeni Nəsil Kuboku” keçirilib
- 13:19 Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirilib
- 23:32 “Kiçik əllərin böyük musiqisi” adlı hesabat konserti keçirilib
- 15:46 “Səslərin izi ilə” adlı hesabat konserti keçirilib
- 10:00 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi məktəbinin hesabat konserti baş tutub
- 23:03 “Səma” rəqs qrupunun “Musiqili Bakı” adlı konsert proqramı keçirilib
- 10:05 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti baş tutub
- 11:06 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək
- 17:11 “İnsan hüquqları və azadlıqları” mövzusunda görüş keçirilib
- 17:05 “Milli Qurtuluş: Dövlətçiliyimizin dönüş nöqtəsi” adlı dəyirmi masa keçirilib
- 14:14 Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti təşkil olunub
- 14:04 Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 22:29 “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı konsert proqramı təşkil edilib.
- 18:46 “Zəfərə aparan işıq” adlı hesabat konserti keçirilib
- 14:44 "65 illik bir tarix" adlı hesabat konserti keçirilib
- 23:47 “Bir axşamın sehirli səsləri” adlı hesabat konserti keçirilib
- 23:25 36 nömrəli Uşaq Musiqi Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirib
- 23:14 “Zamanı incəsənətə çevirən 45 il” adlı hesabat konserti keçirilib
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib