XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Elza İbrahimovanın anadan olmasının 87 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
10/01/2025 09:21

Əməkdar incəsənət xadimi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elza İbrahimovanın anadan olmasının 87 ili tamam olur.

Əmək fəaliyyətinə ayrı-ayrı musiqi məktəblərində konsertmeyster kimi başlayan Elza İbrahimova Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Komitəsində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda və Asəf Zeynallı adına musiqi kollecində çalışıb.

Unudulmaz bəstəkarın zəngin yaradıcılığı əlli ildən artıq bir dövrü əhatə edir. Onun musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Elza İbrahimovanın “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi bəstələri var.

Tanınmış bəstəkar 2012-ci ildə vəfat edib.

Baxış sayı: 38