XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Canəli Əkbərovun anadan olmasının 85 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
10/03/2025 14:48

Bu gün Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Canəli Əkbərovun anadan olmasının 85 ili tamam olur.

O, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Sənətkar Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, muğam sənəti kafedrasının müdiri olaraq fəaliyyət göstərib. Canəli Əkbərovun ifasında səslənən “Orta mahur”, “Çahargah”, “Arazbarı”, “Heyratı” və digər qədim muğamlarımız, bir çox təsniflər və xalq mahnıları, həmçinin muğam operalarında yaratdığı partiyalar Azərbaycanın musiqi mədəniyyətinin inciləri sırasında özünəməxsus yer tutur. Dünyanın bir çox ölkələrində milli mədəniyyətimizi uğurla təmsil edib.

Canəli Əkbərov 2021-ci ildə vəfat edib.

Baxış sayı: 73