XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Brilliant Dadaşova ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2024 16:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində  H.Abbasov adına Mədəniyyət evində Xalq artisti Brilliant Dadaşova ilə görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Aparıcı qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra Xalq artistinin  həyatı haqqında məlumat verib, musiqi sahəsindəki fəaliyyətindən  bəhs edib.

Görüş zamanı Brilliant Dadaşova “Bayatılar”, “Dərdimdən öləcəksən”, “Hər şey gözəldir”, “Yandırdı qəlbimi”, “Üzüm”  kimi populyar mahnılarını səsləndirib.

Musiqi nömrələri ilə davam edən görüşün sonunda sevilən müğənnimiz “Aysel” rəqs ansamblının müşayiəti ilə “Yaşa Azərbaycan” mahnısını ifa edib.

Baxış sayı: 284