XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti, bəstəkar Eldar Mansurov ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/10/2024 12:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında "Mədəniyyət incisi" layihəsi çərçivəsində Xalq artisti, bəstəkar Eldar Mansurov ilə görüş keçirilib.

Görüşdə ictimaiyyət nümayəndələri, Xəzər rayonundakı təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri və bir sıra qonaqlar iştirak ediblər.

Aparcı Günay Firudinqızı bəstəkarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, Eldar Mansurov “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, bir çox mahnı və instrumental musiqinin müəllifidir.

Sonda sevilən sənətkar tamaşaçıların ona ünvanlanan suallarını cavablandırıb.

Baxış sayı: 249