XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Arif Məlikovun 90 illik yubileyi ilə əlaqədar mühazirə-konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/12/2023 12:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan klassik musiqi mədəniyyətinin parlaq nümayəndəsi, bəstəkar Arif Məlikovun 90 illik yubileyi ilə əlaqədar mühazirə-konsert keçirib.

Tədbirdə görkəmli bəstəkarın çoxşaxəli yaradıcılığından bəhs edilib. Bildirilib ki, Arif Məlikov bənzərsiz yaradıcılığı ilə Azərbaycanın musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verib.

Konsert proqramında dünya şöhrətli bəstəkarın əsərləri məktəb şagirdlərinin ifasında təqdim olunub.

Baxış sayı: 399