XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
06/02/2025 09:53

Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Ağaxan Abdullayevin anadan olmasının 75 ili tamam olur.

Ağaxan Abdullayev bir çox xarici ölkələrdə konsert proqramları ilə çıxışlar edib. Klassik muğamlarımızla yanaşı, bir çox təsniflər və xalq mahnıları məhz onun ifasında Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına həmişəlik daxil olub. Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə də böyük önəm verib.

Ağaxan Abdullayev “Şöhrət” ordeni, Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif edilib.

Muğam sənətinin görkəmli nümayəndəsi 2016-cı ildə vəfat edib.

Baxış sayı: 110