XƏBƏRLƏR
MƏLUMAT
Xalça Muzeyində “Xətai” xalçasının təqdimat mərasimi olub
ÜMÜMİ XƏBƏRLƏR
15/11/2023 09:49

Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xaricdəki şəxsi kolleksiyadan alınaraq Vətənə qaytarılan XVII əsrin əvvəlinə aid Qarabağın “Xətai” xalçasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması, həmçinin Xalça Muzeyinin yaradılmasının təşəbbüskarı, görkəmli alim, xalçaçı-rəssam Lətif Kərimovun anadan olması münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova "Xətai" xalçasının Azərbaycan mədəni irsi üçün əhəmiyyətindən danışıb.

Baxış sayı: 367