XƏBƏRLƏR
MƏLUMAT
“Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2024 17:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət Evi Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində 28 May-Müstəqillik Gününə həsr olunmuş “Vətənlə döyünən ürək” adlı tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışılıb.

Tədbirin bədii hissəsində “Səma” rəqs ansamblı və gənc müğənnilərin bir-birindən maraqlı çıxışları xoş əhval-ruhiyyə yaradıb.

Sonda tədbir iştirakçıları Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbi tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Baxış sayı: 156