XƏBƏRLƏR
MƏLUMAT
“Vətənlə döyünən ürək” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2025 16:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evi Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Vətənlə döyünən ürək” adlı tədbir keçirib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışılıb.

Bədii hissədə Mədəniyyət evinin “Səma” rəqs ansamblının, gənc və istedadlı müğənnilərin bir-birindən maraqlı çıxışları tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Sonda Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi tərəfindən gənc müğənnilər və Mədəniyyət evinin direktoru  Fəxri Fərmanla təltif olunublar.

Baxış sayı: 59