XƏBƏRLƏR
MƏLUMAT
"Vətənimizin qəhrəmanları” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2025 12:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzinin, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialının və C. Cabbarlı adına 161 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə "Vətənimizin qəhrəmanları” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, kitabxana əməkdaşları, 161 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları öncə Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər, Ümummili Liderin  həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxışçılar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərini işğal edərkən, dinc əhaliyə qarşı törədilən soyqırım haqqında ətraflı danışıblar.

Sonra 161 nömrəli tam orta məktəbin şagirdləri "Xocalı sən azadsan" adlı kompozisiya ilə çıxış ediblər, Xocalı soyqırımına həsr olunan şeirlər söyləyiblər.

Sonda "Vətənin qəhrəmanları" adlı videoçarx nümayiş olunub.

Baxış sayı: 46