XƏBƏRLƏR
MƏLUMAT
Vətən müharibəsi şəhidi Emin Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/02/2025 17:08

Fevralın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdiirlmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi  şəhidi Emin Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, ziyalılar və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Emin Süleymanova həsr olunmuş videoçarx nümayiş olunub.

Çıxış edənlər şəhidin döyüş yolundan, qəhrəmanlığından danışıblar. Bildirilibki, şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunədir. Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdədir, onları hər zaman ehtiramla anırıq.

Tədbirin sonunda Emin Süleymanovun əziz xatirəsinə həsr olunan "Qutsal yolçu" adlı kitabın təqdimatı olub və şəhidə həsr olunmuş musiqi ifa olunub.

Baxış sayı: 134