XƏBƏRLƏR
MƏLUMAT
Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yubiley konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/11/2025 14:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Beynəlxalq Muğam Mərkəzində 85 illik yubileyinə həsr olunmuş konserti keçirilib.

Aparıcı konserti açıq elan edərək, incəsənət məktəbinin yaranması və fəaliyyəti haqqında məlumat verib, əldə olunan nailiyyətlərindən danışıb.

Konsertdə məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri, “Aysel” rəqs qrupu, xor kollektivi çıxış edərək Üzeyir Hacıbəylinin, Friderik Şopenin, Vaqif Mustafazadənin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Henry Mancininin və digər Azərbaycan, xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Həmçinin konsertdə qonaq qismində Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" estrada-folklor ansamblı çıxış edib.

Baxış sayı: 362