XƏBƏRLƏR
MƏLUMAT
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2025 16:39

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli bəstəkar, musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert proqramı keçirilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, konsert bəstəkarlıq kafedrası tələbələrinin yaradıcılıq hesabatı kimi təqdim olunub.

Tədbirdə Bakı Musiqi Akademiyasının müxtəlif kurslarında təhsil alan gənc bəstəkarların əsərləri səsləndirilib. Proqram fortepiano pyesləri,simli kvartet,klarnet,violino və vokal üçün yazılmış əsərlər geniş janr və üslub palitrasını əhatə edib.

Konsertdə çıxış edən tələbələrin müəllimləri tanınmış professorlar Ceyhun Allahverdiyev, Aydın Əzimov, Nazim Mirişli, dosentlər Arzu Məmmədova, Gülnarə Məmmədova, Aliyə Məmmədova, Vüqar Camalzadə, Türkər Qasımzadə və Azər Əsgərovdur.

Baxış sayı: 32