XƏBƏRLƏR
MƏLUMAT
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
11/04/2025 09:14

Aprelin 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova konsertdən əvvəl çıxış edərək Azərbaycan professional musiqisinin banisi, publisist, pedaqoq, ictimai xadim Üzeyir bəyin ömür yolundan və bənzərsiz yaradıcılığından danışıb.

Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və onun tələbələri Səma Mustafayeva, Leyla Balayeva, Samirə Kazımlı, Natəvan Səlimova, Zöhrə Ramazanlı, Çinarə Səmədova, Arzu Məhərrəmova Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

Konsertdə Xalq artisti Ülviyyə Hacıbəyovanın fortepiano üçün işləməsi olan Niyazinin “Rast” simfonik muğamının ilk ifası böyük hərarətlə qarşılanıb.

Baxış sayı: 71