XƏBƏRLƏR
MƏLUMAT
Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əbədi iftixarımız” bədii - sənədli filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2025 15:48

Sentyabrın 16-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar, dahi musiqişünas alim və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə  “Əbədi iftixarımız” bədii - sənədli filmi nümayiş olunub.

Film nümayişində Yasamal rayon 21 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Məktəblilərə öncə  Mərkəzin ekspozisiya zallarında Ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş eksponatlar haqqında məlumat verilib.

Daha sonra Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə, musiqi sənətinə verdiyi misilsiz töhfələrdən, böyük xidmətlərindən söz açılıb.

Ardınca məktəblilər “Əbədi iftixarımız” bədii - sənədli filmini izləyiblər.

Qeyd edək ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin istehsalı olan  "Əbədi iftixarımız" bədii - sənədli filmində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, onun ecazkar musiqisindən bəhs olunur.

Baxış sayı: 21