XƏBƏRLƏR
MƏLUMAT
“Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin memarı” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2025 16:45

Sentyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal  rayon  Heydər Əliyev Mərkəzində Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş  “Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin memarı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yasamal rayon 52 və 53 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca dahi bəstəkar Üzeyir Hacıbəylinin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə “Üzeyir Hacıbəyli-Azərbaycan musiqisinin memarı” mövzusunda məruzə dinlənilib. Daha sonra Milli Musiqi Gününə  həsr olunmuş videoçarx nümayiş olunub. 

Çıxış edənlər Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığından və dünya şöhrətli bəstəkarın musiqi sənətimizə gətirdiyi yeniliklərdən danışıblar.

Bədii hissədə şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirilib, “Arşın mal alan ” musiqili komediyasından səhnəcik təqdim edilib.

Baxış sayı: 28