XƏBƏRLƏR
MƏLUMAT
Musiqi və incəsənət məktəb və mərkəzlərində keçiriləcək müəllimlərin attestasiyası ilə bağlı infosessiya təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
04/02/2025 11:08

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərində keçiriləcək müəllimlərin attestasiyası ilə bağlı infosessiya təşkil edilib.

Tədbirdə akademiyanın professor-müəllim heyətinə attestasiya prosesi ilə bağlı geniş təqdimat nümayiş olunub.

Görüşdə xalq artisti, professor Xuraman Qasımova, xalq artisti, professor Şəfiqə Məmmədova, xalq artisti Gülbacı İmanova, professor Məmməd Quliyev, professor Yeganə Axundova, professor Ceyhun Allahverdiyev, professor Zəhra Quliyeva, professor Könül Hüseynova, Elmira Pənahova və digər tanınmış şəxslər mövzu ətrafında öz fikirlərini bildiriblər.

Müzakirələr zamanı attestasiya prosesinin müəllimlərin peşəkar inkişafına və tədris keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyi vurğulanıb.

Professor-müəllim heyəti prosesin şəffaf və obyektiv şəkildə keçirilməsinin vacibliyini qeyd edərək, təklif və tövsiyələrini səsləndirib, eyni zamanda attestasiya prosesi zamanı yaxından dəstək göstərəcəklərini bildiriblər.

Baxış sayı: 38